Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Moskvaya gedənlər bazarda işləyənlərdir, ziyallılar deyil ki" - Elza - VİDEO

Tarix: 4 May 2022 21:05

"Bu bayağı mahnı ritmlərini eşidəndə boğuluram. İnsan necə siqaret tüstüsündən boğulur, o cür oluram. Bu musiqilər bizi uçuruma aparır. Ola vilsin qazanırlar".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahana "Tarixin bir günü" verilişində deyib. Müğənni Rusiyaya toya və konsertə gedən sənətçiləri tənqid edib:

"Öz estrada janrımızda olan musiqilər qorunmalıdır. Hər bir xalqın musiqisinə hörmətlə yanaşıram. Pula görə Azərbaycan ritmimizi bu hala qoymayaq. Bizim ritm "çakkada-çıkkada"dır. Biz keçmişik "çakka-çukka"ya. Məni də Moskvaya dəvət ediblər, getmişəm, gedirəm də. Moskva Hollivud səhnəsi deyil. Elə deyirsiniz ki, müğənnilər Moskvaya gedib çıxış edir. Oraya gedənlər sadə adamlar, fəhlələrdir: biri bazarda işləyir, digəri ticarətlə məşğul olur. Ziyallı adamlar deyil ki... Daha çox toylara can atanlar İran ritmi ilə oxuyanlardır. Başım ağrıdır, bəsdirin. Bəstəkaram və ixtiyarım da var danışmağa".

Milli.Az


Etiketlər:  Moskvaya gedənlər bazarda işləyənlərdir ziyallılar deyil ki Elza VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ