Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Günümün 23 saat 55 dəqiqəsini futbola, 5 dəqiqəsini İnstaqrama həsr edirəm”

“Günümün 23 saat 55 dəqiqəsini futbola, 5 dəqiqəsini İnstaqrama həsr edirəm”

Tarix: 15 Sentyabr 2019 14:24

Rusiya millisi və SSKA-nın sabiq baş məşqçisi, hazırda Hollandiyanın “Vitess” klubunu çalışdıran Leonid Slutski tez-tez maraqlı və gülməli foto və videolar paylaşdığı İnstaqram səhifəsi haqda danışıb.

Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Slutski deyib: “Məni orada izləyənlərin çoxu soruşur: sən ciddi məşqçi, yoxsa təlxəksən? Bəli, mən bəzən təlxək oluram. Mən futbol məşqçisiyəm. Günümün 23 saat 55 dəqiqəsini futbola, digər 5 dəqiqəsini isə İnstaqrama həsr edirəm” – deyə o bildirib.

Qeyd edək ki, “Vitess” 6 oyundan 11 xalla Hollandiya çempionatında 3-cü yeri tutur.

 


Etiketlər:  Günümün 23 saat 55 dəqiqəsini futbola 5 dəqiqəsini İnstaqrama həsr edirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ