Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Taylandda sel nəticəsində 32 nəfər ölüb

Taylandda sel nəticəsində 32 nəfər ölüb

Tarix: 15 Sentyabr 2019 15:20

Bakı. Trend:

Taylandın şimal-şərqindəki dörd əyalətdə mövsümi leysan yağışları nəticəsində yaranan şiddətli daşqınlar davam edir.

Trend-in məlumatına görə, avqustun 29-dan bəri davam edən fəlakət nəticəsində 418 min ailə zərər görüb, 32 nəfərin həyatına isə son qoyulub. Daşqınlar səbəbindən Roy Et, Sisaket, Ubon Ratchathani və Yasotxon əyalətlərinin 24,2 mindən çox sakini təxliyə edilib.

Qeyd edək ki, yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, yaxın vaxtlarda yağışlar dayandıralacağı halda, bu insanlar 4-5 gündən sonra evə qayıda biləcəklər.

Bildirilir ki, ən çox zərərçəkən Ubon Ratchathani əyaləti sayılır, çünki su axını qonşu vilayətlərdən məhs oraya yönəlir.


Etiketlər:  Taylandda sel nəticəsində 32 nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ