Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

F-16-lar Türkiyəyə satıla bilər - ABŞ konqresmenləri ''yumşalır''

F-16-lar Türkiyəyə satıla bilər - ABŞ konqresmenləri ''yumşalır''

Tarix: 6 May 2022 12:30

Ankaranın Ukraynadakı vəziyyətlə bağlı vasitəçilik səylərindən sonra ABŞ Konqresinin bir sıra üzvləri Türkiyəyə F-16 qırıcılarının satışına yaşıl işıq yandırıblar.

Milli.Az bu barədə "A Haber" telekanalına istinadən xəbər verir.

"Əvvəllər Türkiyəni F-35 proqramından çıxarmaq üçün səy göstərən Konqresin bir çox üzvü Ukraynadakı hərbi prosesdəki rolundan sonra F-16-nın Türkiyəyə satışına yaşıl işıq yandırıb. Türkiyənin bu məsələdə oynadığı rol son dövr Ankaraya F-16-ların satışı ilə bağlı Konqresdə mümkün etirazları azaldıb", - deyə telekanal bildirir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks ABŞ-ın Türkiyə ilə işləməsinin vacibliyini vurğulayıb. "Türkiyə düzgün istiqamətdə müəyyən addımlar atıb, bəzi şeylər bizi zaman-zaman narahat etsə də, Türkiyə ilə işləməli olduğumuz sahələr var", - deyə telekanal onun sözlərini sitat gətirib.

Öz növbəsində, Senatın Xarici Əlaqələr Komitəsində Respublikaçılar Partiyasının lideri Cim Riş deyib ki, "Türkiyə F-16-lara niyə ehtiyacı olduğuna dair etibarlı arqumentlər təqdim edib".

Ötən ilin oktyabrında Türkiyə ABŞ-dan 40 Lockheed Martin F-16 döyüş təyyarəsi və mövcud hərbi təyyarələri üçün 80-ə yaxın təkmilləşdirmə dəsti almasını istəyib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Türkiyəyə satıla bilər ABŞ konqresmenləri yumşalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ