Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2022 08:42
Lənkəranda 27 yaşlı gənc qətlə yetirilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli mübahisə zəminində 1995-ci il təvəllüdlü Zakir İbrahimzadəni ayağında bıçaqlayıb. 22 yaşlı gənc Zakiri bıçaqladıqdan sonra onu özü xəstəxanaya aparıb, daha sonra könüllü olaraq polisə təslim olub.
Xəstəxanaya yerləşdirilən Zakir İbrahimzadənin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Zakirlə Hüseyn avtomobillərin ehtiyat hissələri satışı mağazasında birgə çalışıblar.
Faktla bağlı araşdırma aparılır.