Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya hökuməti repçini xarici agentlərin siyahısına saldı

Rusiya hökuməti repçini xarici agentlərin siyahısına saldı

Tarix: 7 May 2022 15:38

Rusiya Ədliyyə Nazirliyi xarici agent funksiyaları daşıyan şəxslərin və KİV-lərin siyahısını genişləndirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müvafiq siyahı agentliyin saytında yerləşdirilib.

Beləliklə, Yevgeni Kiselev, Matvey Qanapolski, Leonid Volkov və Vladimir Kara-Murza Ukraynadan maliyyələşdirilən siyasi fəaliyyətləri həyata keçirmək üçün fiziki şəxslər -  xarici agentlər kimi qəbul olunublar.

Reper Alişer Morqenştern də siyasi fəaliyyətlə məşğul olmaqda ittiham olunub və maliyyə mənbəyi kimi təkcə Ukrayna deyil, İsrailin "Yoola Labs Ltd" şirkəti də göstərilib.

Ədliyyə Nazirliyi tərəfindən reyestrə həmçinin Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK, Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınan) keçmiş hüquqşünası Lyubov Sobol, siyasətçilər Leonid Qozman, Vladimir Milov, daha dörd fiziki şəxs, habelə "Apologiya" insan haqları təşkilatı daxil edilib.

Milli.Az


Etiketlər:  Rusiya hökuməti repçini xarici agentlərin siyahısına saldı


RƏYLƏR