Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2022 15:22
Abşeron rayonunun Mehdiabad qəsəbəsində qrunt suları nəticəsində yaranan 2 gölməçə çirkab suları və məişət tullantıları ilə dolub. Nəticədə ətrafı pis qoxu bürüyüb. Bu isə yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olub.
Yaşayış evlərinin bir neçə metrliyində yerləşən bu iki gölməçə çirkab və qrunt suları, həmçinin məişət tullantıları ucbatından ətrafa üfunət və xəstəlik yayır. Görüntülər Abşeron rayonundandır.
Sakinlərin sözlərinə görə, ərazilərdən toplanan məişət tullantıları məhz bu gölməçələrə daşınır. Onlar şikayətlərinə cavab verilmədiyini iddia edirlər.
Abşeron rayon İcra Hakimiyyəti başçının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Hüseynov "Xəzər Xəbər"ə açıqlamasında ərazidə yaranmış vəziyyətdən xəbərdar olduqlarını bildirdi.
Qeyd edək ki, çəkiliş aparıldıqdan dərhal sonra ərazinin təmizlənməsinə başlanıb.