Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2022 22:10
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə Ukrayna lideri sosial şəbəkə hesabında məlumat yayıb.
"Avropa Şurası Rusiyanı üzvlükdən kənarlaşdıran ilk təşkilat oldu. Biz Ukraynanı dəstəkləmək və Rusiyanın ölkəmizə qarşı müharibəsini pisləmək istiqamətində bu cür addımları yüksək qiymətləndiririk. Baş katib Mariya Peyçinoviç-Buriçə səfərə görə minnətdaram. Bu, vacibdir", - məlumatda deyilir.