Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2019 11:52
"Alaves" üzərində qələbə bizə motivasiya verdi.Uğurlu çıxışımızı davam etdirmək üçün həftə ərzində məşqlərdə eyni şəkildə hazırlaşmalıyıq."
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Sevilya"nın futbolçusu Oliver Torres La Liqanın 4-cü turunda "Alaves" üzərində 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
25 yaşlı müdafiəçi Avroliqanın qrup mərhələsinin ilk turunda qarşılaşacaqları "Qarabağ"la oyun haqda da danışıb: "La Liqada liderlik bizi bir qədər həyəcanlandırır. İndi Avropa Liqası haqda düşünmək lazımdır. Qrupdakı ilk oyun çox önəmlidir".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ"-"Sevilya" görüşü sentyabr 19-u saat 20:55-də başlayacaq.