Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev və Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

İlham Əliyev və Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Tarix: 10 May 2022 09:30

Mayın 10-da - xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoydular.

Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoydular.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüldü.


Etiketlər:  İlham Əliyev Mehriban Əliyeva öndər Heydər Əliyevin məzarını ziyarət ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ