Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Masallıda bir ailə ağır qəzaya düşdü, 4 yaşlı uşaq öldü

Masallıda bir ailə ağır qəzaya düşdü, 4 yaşlı uşaq öldü

Tarix: 16 Sentyabr 2019 12:34

Bakı. Samir Əli - Trend:

Masallı rayonunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, rayonun Köhnə Alvadı kəndində kənd sakini Əliyev Müzəffər Əli oğlu idarə etdiyi "Volvo" markalı avtomobillə hərəkətdə olarkən Cəlilabad rayon sakini Zeynalov Vilayət Bəşir oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ 2106"nın sürücüsü, həyat yoldaşı Zeynalova Bənövşə Aydın qızı, övladları Zeynalov Sahil Vilayət oğlu və Zeynalova Tamara Vilayət qızı xəstəxanaya yerləşdirilib.

Zeynalov Sahil Vilayət oğlu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.


Etiketlər:  Masallıda bir ailə ağır qəzaya düşdü 4 yaşlı uşaq öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ