Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Bakıda nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur

Azərbaycan Prezidenti: Bakıda nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur

Tarix: 30 Aprel 2019 23:36

Bakı. Trend:

Bakıda nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Prezident vurğulayıb ki, Bakı şəhərində nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur, şəhər nəqliyyatı təkmilləşir:

“Bu il 300 ən müasir avtobusun Bakıya gətirilməsi nəzərdə tutulur. Beləliklə, bu, şəhər nəqliyyatına böyük töhfə olacaqdır. Şəhərə yeni metro vaqonları gətiriləcəkdir. Yüzlərlə yeni lift quraşdırılacaq. Bu məqsədlər üçün dövlət büdcəsində vəsait nəzərdə tutulur".

İlham Əliyev bildirib ki, şəhərətrafı dəmir yolunun çəkilişi prosesi davam etdirilir: "Bu da şəhər nəqliyyatının işini böyük dərəcədə yaxşılaşdıracaqdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Prezidenti Bakıda nəqliyyat təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ