Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtdakı dəhşətli avtobus qəzası: ilk yardımı kim etdi?

Sumqayıtdakı dəhşətli avtobus qəzası: ilk yardımı kim etdi?

Tarix: 12 May 2022 10:42

Mayın 11-i saat 9 radələrində Bakı - Sumqayıt yolunda, Sumqayıt Texnologiyalar Parkının qarşısında sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə zamanı zərərçəkənlərə təxirəsalınmaz tibbi yardım göstərmək məqsədilə STP-nin SƏTƏM bölməsinin Tibb məntəqəsinin əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıblar.

Qəzada 9 nəfərin yüngül xəsarət aldığı müəyyənləşdirilərək onlara ilkin tibbi yardım göstərilib. 103 xidməti gəldikdən sonra xəsarət alanlar təkrar yoxlama üçün  xəstəxanaya aparılıblar. 

STP-dən verilən məlumata görə, qəza edən avtobusun STP Şirkətlər Qrupuna aidiyyəti yoxdur və xəsarət alanlar içərisində STP əməkdaşı olmayıb.  


Etiketlər:  Sumqayıtdakı dəhşətli avtobus qəzası yardımı etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ