Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pilot huşunu itirdi, təyyarəni sərnişin endirdi

Pilot huşunu itirdi, təyyarəni sərnişin endirdi

Tarix: 12 May 2022 15:12

ABŞ-da uçuş aparatlarının idarə edilməsi ilə bağlı heç bir təcrübəyə malik olmayan sərnişin təyyarənin qəzaya düşməsinin qarşısını alıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, insident Baham adalarının Beynəlxalq Hava Limanından Floridaya uçan "Cessna" tipli yüngülmühərrikli təyyarədə baş verib. Belə ki, təyyarə təyinat nöqtəsindən təxminən 112 kilometr şimalda olarkən pilot huşunu itirib. Bu zaman sərnişinlərdən biri dərhal vəziyyət barədə aviadispetçerə məlumat verib. O isə, öz növbəsində sərnişinə təyyarəni necə yerə endirə biləcəyi barədə göstərişlər verməyə başlayıb.

Nəticədə sözügedən sərnişin təyyarəni Floridada Palm-Biç Beynəlxalq Hava Limanında yerə endirməyi bacarıb. Pilot isə xəstəxanaya yerləşdirilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.


Etiketlər:  Pilot huşunu itirdi təyyarəni sərnişin endirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ