Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 03:34
"Riqanın xilaskarları" abidəsinin sökülməsi qərarına etiraz olaraq Latviyanın Ermənistandakı fəxri konsulluğunun binası qarşısında aksiya keçirilib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Latviya hökumətinin qərarına etiraz əlaməti olaraq bir qrup İrəvan sakini konsulluğun binası qarşısına gələrək oraya gül qoyublar.
Aksiya iştirakçısı Alla Akopyan Latviya hakimiyyətinin abidənin sökülməsində traktorlardan istifadəsini Yuqoslaviyadakı "buldozer inqilabı" ilə müqayisə edərək, bunu anqlosaksların üslubu adlandırıb.