Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Madonna mənim heç yadıma da düşmür” - Brilliant Dadaşova

''Madonna mənim heç yadıma da düşmür” -  Brilliant Dadaşova

Tarix: 16 May 2022 16:15

Xəbər verdiyimiz kimi xalq artisti Brilliant Dadaşova konsert proqramına hazırlaşır. İyun ayının 1-də Heydər Əliyev adına sarayda "Ürəklə sizinlə" adlı baş tutacaq konsertin biletləri 40 manatla 150 manat arası dəyişir. Bu tək bir tamaşaçı üçün bəlkə də normal bilet qiymətdir. Amma xalq artistini bir evdən 3 nəfər dinləməyə gedərsə, onlar əməlli başlı xərc çəkməli olacaqlar.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı müğənni ilə əlaqə saxlayıb. Brilliant Dadaşova saytımıza verdiyi özəl açıqlamasında konserti təşkilatçının ərsəyə gətirəcəyini bildirib.

"Təşkilatçıya sponsorlar kömək etməlidir. Çünki burada musiqiçilərin pulu, səsləndirmə, icarə haqqı, səhnə dekorasiyası, rəqslər, mikrofon və s. var. Belə olan halda təşkilatçı da məcburdur ki, biletin qiymətini baha etsin ki, bütün xərcləri ödəyə bilsin. Mən bu işə qarışa bilmirəm, amma istərdim qarışım. Konserti təəssüf ki, özüm təşkil etmirəm. Təşkilatçı sponsor tapsaydı qiymətlər bir az düşərdi. Təbii ki, təşkilatçı istəyir ki, özü də konsertdən pul qazansın" deyə sənətkar bildirib.

Müğənni konsertin repertuarından da danışıb.

"Tələbələrim də mənimlə birlikdə oxuyacaqlar. Onlara geniş meydan vermişəm. Mən hər zaman qarşıma maksimum tapşırıq qoyuram. Bu konsertdə də həmçinin. İstəyirəm ki, tapşırıq çox olsun. Maksimalist olmaq həddindən artıq çətindir. Minimum tapşırıq qoyanda nə gəldi oxuyursan" deyə müğənni bildirib.
 
Xalq artisti daha sonra gənclərdən danışıb."Nədənsə indiki gənc müğənnilərə "estrada" sözü deyiləndə onlar xarici musiqiləri nəzərdə tuturlar. Bizdə bir az da axı özümüzünkini küçümsəmək var axı. Deyirlər ki, "xarici ulduzlar". Ay balam bizdə ulduz yoxdur ki? Belə çıxır ki, onlar öz ulduzlarını göstərə bilir, biz yox! Bu da bir mədəniyyətdir. Bizim evdə atam, əmilərim xarici ulduzlara qulaq asıblar, amma yenə də öz kökümüzə bağlı olmuşuq. Biz öz musiqimizi təmsil etməsək, kim gəlib bizi təmsil edəcək? Ramiz Mirişli, Cahangir Cahangirov, Tofiq Quliyev, Rauf Hacıyevin mahnılarını 100 xarici mahnıya dəyişmərəm. Mən niyə "Səs Azərbaycan" yarışmasında Madonna məsələsini ortaya atdım? Orada qızlar Madonnanın mahnısını oxudular. Mən də dedim ki, Madonna kimdir ki? Heç onun sənəti də yoxdur axı! Sadəcə olaraq orada montaj işlərinə baxan şəxs bir nəfərin rəfiqəsi idi, ona görə mənim danışığımı əcaib formada montaj etdi. Dediyim sözün ora-burasını kəsib məni pis təqdim etmək istəyirdilər. Tamaşaçıya da elə gəldi ki, mən durduğum yerdə Madonnadan danışmışam! Bu söhbət axı birdən-birə olmadı. Madonna mənim heç yadıma da düşmür" deyə xalq artisti Brilliant Dadaşova bildirib.
Milli.Az


Etiketlər:  Madonna mənim heç yadıma düşmür Brilliant Dadaşova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ