Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 14:14
Lvov vilayətinin Yavorivski rayonunda mayın 17-nə keçən gecə düşmən hərbi obyekti atəşə tutub, raket parçaları dəmir yolu infrastrukturuna ziyan vurub.
Sonxeber.net Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski və Lvov meri Andrey Sadovoy məlumat veriblər.
"Gecə saatlarında düşmən Lvov Dəmiryolunun Yavoriv rayonundakı regional bölməsinin infrastruktur obyektinə raket zərbələri endirib. Partlayış nəticəsində dəmir yolu infrastrukturu zədələnib. Ölən və yaralananlar barədə məlumat yoxdur", - Kozitski deyib.
İlkin məlumata görə, raketlər şərqdən uçurdu.
Həmçinin, PvK "Zapad" hava hücumundan müdafiə bölmələri üç qanadlı raketi vurdu. Kozitski hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edib.
Andrey Sadovoy həmçinin bildirib ki, həmin gecə Lvov vilayətində iki hava hücumu xəbərdarlığı və iki "kütləvi raket dalğası" olub.
"Lvova bir dənə də olsun raket düşməyib. Hava hücumundan müdafiə qüvvələri yaxşı işləyirdi. Ona görə də bu dəfə şəhərimizin hədəf olub-olmadığını bilmirik.
Yavorivski rayonunun kəndlərindən birində raket parçaları dəmir yolu infrastrukturunu qismən zədələyib. Yaxınlıqdakı evlərin şüşələri qırılıb. Bütün bunlar Avropa İttifaqı ilə sərhədə qədər 20 kilometrlik zonadadır.
Bu, raketlərin sayına görə Lvov bölgəsinə edilən ən böyük hücumlardan biri idi. Bundan sonra nə olacağını proqnozlaşdırmaq çətindir. Beləliklə, sığınacaqlara gedin!", - Sadovoy deyib.
Sadovoy bir daha "raketlərin gəlişini" və ya hava hücumundan müdafiənin işini lentə almamağa çağırıb. Onun sözlərinə görə, "Moskva agentlərinə" belə videolar lazımdır, ukraynalılar isə cəbhəyə kömək etməlidir.
Aslan Məmmədov