Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 19:32
Bu dəfə də Gədəbəydə bir neçə kəndi birləşdirən körpü uçub. Çünki bir müddətdir ki, ölkə ərazisində əsasən qeyri-sabit hava şəraiti müşahidə olunur, yağıntı çoxdur, çaylarda sululuq artıb və nəticədə yararsız vəziyyətdə olan körpülər bir-bir uçur. Qubanın Təngaltı kəndindən sonra indi də analoji hal Gədəbəyin Ataxal kəndində yaşanıb. Artıq 1 aydır ki, kənd camaatı Zəyəmçay çayını necə keçir, indi görəcəksiz.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Gədəbəydə bir neçə kəndi birləşdirən körpü dağılıb.
Söhbət Zəyəmçay çayının rayonun Ataxal kəndi ərazisindən keçən hissəsində yerləşən körpüdən gedir. İntensiv yağıntlar çayda sululuğu artırıb, nəticədə körpü uçub. Belə vəziyyət 1 aydan çoxdur ki, davam edir.
Sakinlər çox çətinlik çəkdiklərini deyirlər.
Məsələ ilə bağlı Böyük Qaramurad kənd inzibati ərazi dairəsinin nümayəndəsi Cəlal Tomiyev bildirib ki, sözügedən körpünün yenidən qurulması barədə aidiyyatı üzrə rayon rəhbərliyinə məlumat verilib. Məsələ diqqət mərkəzində saxlanılır. Qeyd edilib ki, çayda suyun səviyyəsi azaldıqdan sonra cari təmirlə bağlı addım atılacaq.