Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 20:18
Qarabağda 22 yaşayış məntəqəsi salınacaq. Bununla bağlı layihələndirmə işlərinə start verilib.
Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, bərpa üçün bu yaşayış məntəqlərinin seçilməsi təsadüfi deyil.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov İTV-yə bildirib ki, həmin yaşayış məntəqələri elə seçilib ki, işğaldan azad olunan ərazilərdə yenidən qurulan və planlaşdırılan nəqliyyat vasitələrinin əsas xətləri və mühəndis kommunikasiyalarına yaxın olsun: "Hər bir kəndin özünəməxsus tarixi xüsusiyyətləri var. Bunlar mütləq nəzərə alınmalıdır".
Ətraflı videomaterialda izləyə bilərsiniz: