Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı polkovnik dövlət televiziyasında ölkəsini BİABIR ETDİ

Rusiyalı polkovnik dövlət televiziyasında ölkəsini BİABIR ETDİ

Tarix: 18 May 2022 15:26

Rusiyanın Ukraynaya hücumları davam edərkən rus ordusunun istefada olan polkovniki Mixail Xodarenok Rusiyanın dövlət televiziyasında ölkəsini tənqid edib.

Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, polkovnik "Rossiya-1"də Olqa Skabeyevanın təqdim etdiyi "60 dəqiqə" proqramında Rusiyanın Ukraynaya hücumlarını pisləyib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyət Rusiya ordusunun durumunu daha da pisləşdirəcək:

"Ukrayna Qərbdən əlavə hərbi yardım aldığından Rusiya üçün vəziyyət açıq şəkildə pisləşir. Ukrayna ordusu 1 milyon ukraynalını silahlandıra bilər. Rusiyanın Ukraynadakı əməliyyatlarına görə bütün dünya bizə qarşı birləşib. Rusiyanın hərbi və siyasi vəziyyəti ilə bağlı ən böyük problemi tam təcrid vəziyyətində olmağımız və bütün dünyanın bizə qarşı olmasıdır. Nə qədər etiraf etməkdən nifrət etsək də, bütün dünya həqiqətən bizə qarşıdır, biz bu vəziyyətdən çıxmalıyıq".

Xodarenokun sözləri studiyada soyuq duş effekti yaratsa da, verilişin aparıcısı bir neçə dəfə ehtiyatda olan polkovnikin sözünü kəsməyə çalışıb. Polkovnikin fikirləri Rusiyada ciddi rezonans doğurub.


Etiketlər:  Rusiyalı polkovnik dövlət televiziyasında ölkəsini BİABIR ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ