Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2022 07:36
İrəvan məhkəməsi antiazərbaycan, eyni zamanda da rusiyayönümlü mövqeyə malik bloger və prodüser Armen Qriqoryanın həbsi ilə bağlı qərar çıxarıb.
Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan məlumat verib. O bildirib ki, Qriqoryan 2 ay müddətinə həbs edilib.
Bundan əvvəl Milli Təhlükəsizlik Xidməti Qriqoryanın vətəndaşların milli ləyaqətini açıq şəkildə alçaltdığına görə saxlandığını bildirib.
Məlumata görə, Qriqoryan müsahibələrinin birində iki rayonun sakinlərinin milli ləyaqətini alçaldıb, onların milli mənsubiyyətini şübhə altına alıb. Artıq məhkəməyə Qriqoryanın həbsi ilə bağlı vəsatət verilib.