Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NATO Finlandiyada nüvə silahı yerləşdirəcək? - Baş nazirdən AÇIQLAMA

NATO Finlandiyada nüvə silahı yerləşdirəcək? - Baş nazirdən AÇIQLAMA

Tarix: 19 May 2022 17:22

Finlandiyanın baş naziri Sanna Marin əmin edib ki, NATO-nun ölkədə nüvə silahı və ya bazaları yerləşdirmək arzusu yoxdur.

Sonxeber.net bildirir ki, o, bu haqda "Corriere della Sera"ya müsahibəsində deyib.

"Bu, davam edən müzakirə deyil, danışıqların bir hissəsi deyil. Bunlar milli qərarlardır. Biz istəməsək heç kim bizə nüvə silahı və ya daimi bazalar tətbiq edə bilməyəcək. Ona görə də hesab edirəm ki, bu məsələ gündəmdə deyil. Düşünmürəm ki, nüvə silahının yerləşdirilməsi və ya Finlandiyada NATO bazalarının açılmasında belə maraq var", - Marin bildirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiyanın İsveç və Finlandiya ilə heç bir probleminin olmadığını və onların NATO-ya daxil olmasının dərhal təhlükə yaratmadığını bildirib.

"Ancaq bu əraziyə hərbi infrastrukturun genişləndirilməsi bizim cavabımıza səbəb olacaq, bu, nə olacaq - hansı təhlükələrin yaradılacağımıza əsaslanaraq qərar verəcəyik", - o əlavə edib.

Çərşənbə günü Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət etmişdilər, lakin əvvəlcə nisbətən sürətli olacağı gözlənilən üzvlük prosesi ilə bağlı Türkiyənin etirazları ilə üzləşdilər.

İtaliyalı həmkarı Mario Draqi ilə görüşmək üçün Romaya səfər edən Sanna Marin bu məsələnin dialoq yolu ilə həll oluna biləcəyinə inandığını bildirib.

"Hesab edirəm ki, indiki mərhələdə sakit qalmaq, Türkiyə və bütün digər üzv ölkələrlə müzakirələr aparmaq, mövcud ola biləcək suallara cavab vermək və anlaşılmazlıqları düzəltmək vacibdir", - baş nazir bildirib.

Aslan Məmmədov


Etiketlər:  NATO Finlandiyada nüvə silahı yerləşdirəcək Baş nazirdən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ