Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı metrosunda yaranmış problemlə bağlı RƏSMİ - Qapılara müdaxilə təhlükəlidir

Bakı metrosunda yaranmış problemlə bağlı RƏSMİ - Qapılara müdaxilə təhlükəlidir

Tarix: 17 Sentyabr 2019 11:20

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" yeni tədris ilinin başlanması ilə bağlı əhaliyə müraciət edib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, yeni dərs ili ilə əlaqədar metro stansiyalarında sərnişinlərin sayı artıb: "Sentyabrın 16-da metro stansiyaları ilə 800 min nəfər sərnişin daşınıb. Bu da yeni tədris ilinin başlanması ilə əlaqədardır. Pik saatlarda stansiyalarda sıxlıq yarandığı üçün qatarlar arasında interval azaldılıb, sərnişinlərin təhlükəsiz daşınması üçün lazım olan bütün tədbirlər görülüb. Lakin bu işdə sərnişinlər də ehtiyatlı olmalıdırlar. Pik saatlarda qatarların qapılarına müdaxilələr olmamalıdır. Bu cür xoşagəlməz hallar metronun işində problemlər yaradır, qatarların intervalında gecikmələrə səbəb olur. Nəticədə qatarların ümumi hərəkət qrafikində ləngimələr olur".

#3119553#Xatırladaq ki, "Bakı Metropoliteni" bu il sentyabrın 14-dən qış rejiminə keçib. Yeni tədris ilinin başlanması ilə əlaqədar qatarların hərəkət qrafikində interval 5-7 dəqiqədən 2-3 dəqiqəyə endirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı metrosunda yaranmış problemlə bağlı RƏSMİ Qapılara müdaxilə təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ