Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Radik İsayev Avropa çempionatında bürünc medal qazanıb

Radik İsayev Avropa çempionatında bürünc medal qazanıb

Tarix: 22 May 2022 22:32

Mayın 22-də Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan taekvondo üzrə Avropa çempionatına yekun vurulub.

Yarışın sonuncu günündə Azərbaycanın daha üç taekvondoçusu dayanq üzərinə çıxıb.

Kişilər arasında 74 kiloqram çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/16 final mərhələsində Kunter Stroom Karlla (Estoniya) qarşılaşıb. Rəqibini vaxtından əvvəl 22:2 hesabı ilə üstələyən idmançımız növbəti mərhələdə türkiyəli Muhammed Yıldıza 4:9 hesabı ilə uduzaraq qitə çempionatını medalsız başa vurub.

"Rio-2016" Yay Olimpiya Oyunlarının qalibi olan Radik İsayev (87 kq-dan yuxarı) dörddəbir finalda Cem Ünlüsoya (Almaniya) 9:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Emre Ateşliyə məğlub olan (7:8) taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb.

Qadın taekvondoçumuz Fatimə Məcidova (57 kq) 1/16 finalda italiyalı Giada Al Halvani ilə qarşılaşıb. Rəqibinə 0:22 hesabı ilə məğlub olan idmançımız çempionatı erkən tərk edib.

Bu gün, həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayıb. Sadiq Həmidovun (63 kq) ilk rəqibi özbəkistanlı Zuxriddin Toxirov olub. Özbək idmançı qadağan olunmuş baş zərbəsinə görə yarışdan uzaqlaşdırılıb və qələbə təmsilçimizə verilib. Yarımfinala adlayan Sadiq italiyalı Antonino Bossoloya məğlub (6:19) olaraq yarışın bürünc medalına sahib olub.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunub. Daha əvvəl parataekvondoçulardan İmaməddin Xəlilov (70 kq) gümüş, Sabir Zeynalov (58 kq) bürünc medal əldə ediblər. Digərləri qitə çempionatını medalsız başa vurublar.

Milli.Az


Etiketlər:  Radik İsayev Avropa çempionatında bürünc medal qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ