Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zümrüddən Röya ilə bağlı MARAQLI AÇIQLAMA: "Üzümə baxıb dedi ki..."

Zümrüddən Röya ilə bağlı MARAQLI AÇIQLAMA:

Tarix: 22 May 2022 22:42

Zümrüd məclislərin birində müğənni Əkbər Əliyevə "sən" deyə müraciət etdiyi üçün Röyanın onu acıladığını bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o bu barədə aparıcısı oduğu verilişdə məlumat verib.

"Röya bir dəfə Əkbərə görə məni çox pis acıladı. Toyda əyləşmişdik, bu anda Əkbər gəldi. Dedim, "Əkbər, salam, necəsən?", Röya üzümə baxıb dedi ki, "sən Əkbərə "sən" deyə müraciət edirsən?

O an Röyaya deyə bilmədim ki, ay Röya, biz artıq Əkbərlə 20 ildir o münasibəti qoruyub saxlamışıq", - aparıcı qeyd edib.

Həmçinin, Bədəlova Röyanın dostlarına qarşı çox qısqanc olduğunu vurğulayıb.

Milli.Az


Etiketlər:  Zümrüddən Röya ilə bağlı MARAQLI AÇIQLAMA Üzümə baxıb dedi ki


RƏYLƏR