Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" "Liverpul"u böyük hesabla uddu

Tarix: 2 May 2019 01:04

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilir.

Qol.az-ın məlumatına görə, turnirin son finalçısı "Liverpul" səfərdə "Barselona"nın qonağıdır.

Ardıcıl ikinci mövsümdə ÇL-in həlledici oyununa vəsiqə qazanmaq istəyən mersisaydlılar "Nou Kamp"da sərfəli nəticə qazanmağa çalışacaqlar. Bu mövsüm iştirak etdiyi bütün turnirlərdə uğurlu çıxışı ilə yadda qalan kataloniyalılar isə doğma meydan və azarkeş amilindən maksimum yararlanıb, ingilisləri evə əliboş göndərmək istəyirlər.

Çempionlar Liqasında erkən final kimi dəyərləndirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Qeyd edək ki, yarımfinalın digər matçında "Ayaks" səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.


1 may

Çempionlar Liqası

Yarımfinalın ilk oyunu

23:00. "Barselona" - "Liverpul" - 3:0
Qol:
Suares, 26, Messi, 75, 82


30 aprel

"Tottenhem" - "Ayaks" - 0:1
Qol:
Van de Biik, 15
 


Etiketlər:  Barselona Liverpulu böyük hesabla uddu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ