Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış aktyorun yeganə “Aston Martin”i satışa çıxarıldı

Tanınmış aktyorun yeganə “Aston Martin”i satışa çıxarıldı

Tarix: 23 May 2022 14:54

Aktyor Şon Konneriyə məxsus "Aston Martin DB5" avqust ayında Kaliforniyada hərracda satılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ceyms Bondu canlandıran aktyor dörd il öncə 1964-cü ildə istehsal olunmuş avtomobili alıb.

Bu aktyorun indiyə qədər sahib olduğu yeganə "Aston Martin" olub.

Eyni model avtomobil 1964-cü ildə çəkilmiş "Goldfinger" filmində də istifadə olunub.

Avtomobilin 1,4 milyon dollardan 1,8 milyon dollara qədər qiymətlərlə satılacağı gözlənilir.

DB5-in oxşar nümunələri hazırda təxminən 1 milyon dollara başa gəlir.

Milli.Az


Etiketlər:  Tanınmış aktyorun yeganə Aston Martini satışa çıxarıldı


RƏYLƏR