Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər səhər yeməyiniz zamanı yeyin və artıq piylərinizdən necə xaric olduğunuzun şahidi olacaqsınız

Hər səhər yeməyiniz zamanı yeyin və artıq piylərinizdən necə xaric olduğunuzun şahidi olacaqsınız

Tarix: 24 May 2022 08:06

Səhər yeməyi orqanizm üçün ən vacib sayılan qida hesab edilir. Biz orqanizmimiz üçün lazım olan qida və enerjinin əsas hissəsini səhər yeməyindən alırıq. Səhər yeməyi bizim maddələr mübadləmizi və gün boyu aktiv həyatımızı təmin edir. Səhər yeməyi nəinki, gündəlik enerjimiz üçün, hətta arıqlamağımız üçün də vacib sayılır.

Mütəxəssislər buna gərə arıqlamaq istəyənlərə səhər yeməyində yulaf kəpəyi yeməyi məsləhət bilir. Onlar bu qərarı 36 kişi və qadın üzərində apardıqları araşdırmalar sayəsində veriblər. Araşdırma zamanı 36 nəfər artıq çəkidən əziyyət çəkən adamı 3 qrupa bölmüşlər. Bütün qruplarda olan adamlara gün ərzində 350 kalori dəyərində qida təyin etmişlər. Birinci qrupda olan adamlarına səhər yeməyində yulaf yeməyi, ikinci qrupda olan adamlara qarğıdalı yeməyi, üçüncü qrupdakı adamlar isə yanlız səhər yeməyində su içməyi məsləhət bilmişlər. Hər üç qrupun adamlarına isə 3 saat ərzində nələri və nə zaman aclıq hiss edtiyini qeyd etməyi tapşırmışlar. Bu müddət ərzində isə onların qanında şəkərin və insulinin miqdarı müayinə edilmişdir. Araşdırmada iştirak edənlər günorta və axşam yeməyinə eyni qidalarla qidalanmışlar.  

Araşdırmaların nəticələri səhər yeməyində yulaf yeyən adamların günorta yeməyi zamanı 31% az kalori qəbuıl etdiyini təyin etmişdir. Səhər yeməyində yulaf yemək günorta və axşam yeməyi zamanı 50% kalori az qida qəbul edilməsinə səbəb olur.
İkinci qrupun adamları isə səhər yeməyindən 3 saat sonra acmışlar. Səhər su içən adamlarda da eyni aclıq hissi aşkar edilmişdir.
Yulafla qidalanan adamlarda aclıq hissinin olmamasına səbəb onun mədədən gec həzm olunmasıdır. Qarğıdalı ilə qidalanan insanların qanında qlükozanın artması avtomatik olaraq aclıq hissinin baş qaldırmasına səbəb olur.
Niyə bəs yulaf?
Yulaf dadlı və faydalıdır. Ondan qidalarda qarnir kimi istifadə etmək çox faydalıdır. Yulaf orqanizmdə pis xolesterinin azalmasına və yağların yanmasına səbəb olur. Bu səbəbdən də yulaf yemək insanı ürək-damar xəstəliklərindən və insult riskindən qoruyur.
Yulaf arterial təzyiqin aşağı düşməsinə də səbəb oan qida vasitələrindən biridir. Hər gün yulaf yemək yüksək təzyiqdən əziyyət çəkənlərin təzyiqinin aşağı düşməsinə səbəb olur.
Britaniya alimlərinin araşdırmaları yulaf yeməyin yoğun bağırsaq xərçəngi, süd vəzi xərçəngi və yumurtalıqların xərçənginə faydalı olduğunu sübut etmişdir.


Etiketlər:  Hər səhər yeməyiniz zamanı yeyin artıq piylərinizdən necə xaric olduğunuzun şahidi olacaqsınız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ