Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib - Nazir müavini

İşsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib - Nazir müavini

Tarix: 17 Sentyabr 2019 15:12

Bakı. Trend:

Məcburi dövlət sosial sığorta haqları üzrə nəzərdə tutulandan 7 faiz, işsizlikdən sığorta haqları üzrə 6,7 faiz artıq vəsait daxil olub.

Trend-in məlumatına görə, bunu Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov “Sosial sığorta haqlarının yığımı üzrə görülmüş işlər və mövcud vəziyyət, problemlər” mövzusunda keçirilən konfransda deyib.

Nazir müavininin sözlərinə görə, aparılmış işlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib:

"Məcburi dövlət sosial sığorta haqları üzrə nəzərdə tutulandan 7 faiz, işsizlikdən sığorta haqları üzrə 6,7 faiz artıq vəsait daxil olub. Eyni zamanda, sosial sığorta və işsizlik sığortası üzrə borcu olan vergi ödəyicilərinin sayı və borcun ümumi məbləği ilin əvvəli ilə müqayisədə əhəmiyyətli şəkildə azalıb".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İşsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib Nazir müavini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ