Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı

Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı

Tarix: 24 May 2022 22:57

"Google maps" Azərbaycan xəritəsində dəyişiklər edib. Belə ki, proqram Vətən müharibəsində işğala son qoyulduqdan sonra Azərbaycan əraziləri ilə bağlı adları yeniləyib, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə erməni dilində yazılan adlar dəyişdirilib.

Artıq inzibati bina, xidmət, təhsil müəssisələri, küçə adları Azərbaycan dilində yazılır. Ermənilərin narazılığına səbəb olan bu dəyişiklik sosial şəbəkələrdə də müzakirə olunub.

Üstəlik onları daha çox narahat edən məqam isə qondarma paytaxtlarının adının "Stepanakert" deyil, "Xankəndi" yazılması olub. Xəritəyə baxdıqda inzibati binaların "Tarix-Coğrafiya Muzeyi", "Xankəndi stadionu", "poçt", "dövlət universiteti" və s. kimi yazıldığını görmək olar.


Etiketlər:  Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ