Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Müğənnilər restoran səhnələrində adiləşir”

“Müğənnilər restoran səhnələrində adiləşir”

Tarix: 25 May 2022 19:20

Əməkdar artist Gövhər Həsənzadə MTV-də yayımlanan "Üzə düz" proqramında qonaq olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi restoranda verilən konsertlərin çoxalmasına narazlığını bildirib:

"Restoran tipli konsertlər çoxalıb. Müğənni adiləşir, öz duruşunu itirir o tip səhnələrdə. Onu dinləmirlər, o insanlar elə hey danışırlar. Müğənni tamaşaçını aldada bilməz, fonoqrama oxuya bilməz. Çünki o fonoqramdan tamaşaçının evində də var, televizorda da var. Bəs niyə konsertə gəlib? Son zamanlarda konsert məhfumu da dəyişilib. Konsert yoxdur, şou var. Konsert ifaçının öz sənətini göstərməsidir. Dünyadakı şouların heç birini bəyənmirəm. Konsert akademik olar. Biz dinləmək üçün olan konsertləri görmək üçün olanlarla qarışıq salırıq".

Milli.Az


Etiketlər:  Müğənnilər restoran səhnələrində adiləşir


RƏYLƏR