Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2019 17:08
Rusiyalı futbolçular Aleksandr Kokorin və Pavel Mamayev azadlığa buraxılıb.
Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, oyunçularla yanaşı, Aleksandr Kokorinin qardaşı Kirill Kokorin də azadlığa çıxıb. Onlar məhkəmə qərarı qüvvəyə mindikdən 10 gün sonra cəzaçəkmə müəssisəsini tərk ediblər.
Aleksandr Kokorinin bu həftə “Zenit”də tibbi baxışdan keçib, komandaya qoşulacağı da bildirilib.
Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs edilmişdilər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunublar. Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, Mamayevə isə 1 il 5 ay həbs cəzası verilmişdi.