Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2022 15:30
Dağıstanda torpaq münaqişəsi zəminində qonşu kəndlərin sakinləri arasında kütləvi dava olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 25-də Botlix rayon xəstəxanasının həyətində baş verib.
Davada Ansalta və Raxata kəndlərinin 30-dan çox sakini iştirak edib.
Davaya səbəb ümumi sahəsi 130 hektar olan torpaq sahəsi üstündə yaranan mübahisə olub.
Münaqişə hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən nizamlanıb. Bundan sonra rayonun rəhbəri Ruslan Həmzətov dava iştirakçıları ilə maarifləndirici söhbəti aparıb.