Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2022 18:16
Argentinada təxminən 86 milyon il əvvəl yaşamış "Ölüm Əjdahası" adlı uçan sürünənlərin qalıqları tapılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, qanadlarının 9 metr olduğu bildirilən sürünənlərin kəşfində iştirak edən Leonardo Ortiz bu növün zürafəyə bənzər ölçüsü olduğunu, qanadlarının bizim bioloji anlayışımızın sərhədlərinə meydan oxuduğunu deyib.
Yırtıcının qalıqları 86 milyon ildir And dağlarında qayaların altında saxlanılır. Bu o deməkdir ki, bu uçan heyvan dinozavrlarla eyni vaxtda yaşayıb.
Növ yunanca ölüm və əjdaha sözlərinə uyğun gələn "Thanatosdrakon amaru" olaraq adlandırılıb. Bunun mənası isə "ölüm əjdahası" deməkdir.