Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 07:36
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Helsinki və Stokholm nümayəndələrinin Finlandiya və İsveçin NATO-ya daxil olması istiqamətində Türkiyə ilə aparılan danışıqları müsbət qiymətləndirib.
"İsveç, Finlandiya və Türkiyə müsbət danışıqlar apardılar, müzakirələri davam etdirməyə razılaşdılar. Biz NATO-nun Türkiyənin də dəstəklədiyi açıq qapı siyasətinə arxalanırıq", - P. Haavisto ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə fikir ayrılıqlarını aradan qaldırmaq olar.
P. Haavisto iyunun 28-30-da Madriddə keçiriləcək NATO sammitindən əvvəl Ankaranın səsləndirdiyi problemlərin həllində müəyyən irəliləyiş əldə etməyin vacib olduğunu vurğulayıb.