Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 08:26
ABŞ Ukraynaya MLRS tədarükü ilə bağlı hələ yekun qərar verməyib. Eyni zamanda, Vaşinqton və Kiyev silah göndərilməsi məsələsində daim ünsiyyətdədir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Pentaqon sözçüsü Con Kirbi deyib.
"Biz bilirik ki, ukraynalılar özəl və açıq şəkildə MLRS tələb edirlər. Mən hələ qəbul edilməmiş qərarları qabaqlamayacağam", - Kirbi vurğulayıb.
Qeyd edək ki, Ukrayna hakimiyyəti uzun müddətdir ki, MLRS çoxsaylı buraxılış raket sistemləri göndərməyi xahiş edir. Bu sistemlə 300 kilometrə qədər məsafədə hədəfləri vurmağa imkan verəcəklər.
Daha öncə CNN MLRS-in tədarükü ilə bağlı qərarın elan oluna biləcəyi barədə məlumat yayıb.