Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 08:57
Sarkoidoz böyrəküstü vəzdən başqa bütün orqanlarda əmələ gələn bir xəstəlikdir.Xəstəlik özünü orqanlarda qranulomaların əmələ gəlməsi və əmələ gəldiyi orqanın strukturunun pozulması ilə göstərir.
Əzələ sümük sistemi
Sarkoidoz zamanı sümük əzələ dəyişiklikəri xəstələrin 50-80%-ində əmələ gəlir.Ən çox hallarda özünü baldır-daban oynaqlarının artriti,miopartiyalarla biruzə verir.
Ağ ciyər
Ağ ciyərlərdə sarkoiduzun əmələ gəlməsi ağ ciyər köklərinin ikitərəfli limfadenopatiyasına səbəb olur və dəridə,gözlərdə patoloji dəyişikliklərə gətirib çıxarır.
Göz
Göz sarkoidozu təxminən 25% xəstələrdə müşahidə edilir.Bunların 75%-i ön uveit,25%-i isə arxa uveit şəklində meydana çıxır.Xəstəlik zamanı konyuktiva və göz yaşı vəzilərinin də infiltirasiyası mümkündür.Gözün sarkoidozu korluğa səbəb ola bilir.
Dəri
Dərinin sarkoidozu qeyri-kazeoz epiteloid hüceyrə qranuloması,düyünlü eritema,qurdeşənəyi,vaskulitlər və polimorf eritema şəklində dəri təzahürləri ilə meydana çıxır.Dəri sarkoidozuna sarkaidozlu xəstələrin 10-35%-ində rast gəlinir.
Neyrosarkoidoza 5% xəstələrdə rast gəlinir.Onun diqanostikası ağ ciyərlərdə və digər təzahürlər olmadıqda çox vaxt çətin olur.Neyrosarkoidoz beyin sinirlərinin iflici,polinevrit və polinnevropatiya,meningit,epilepsiyaya bənzər tutmalar,beyində həcmli törəmələr,hipofizar-hipotalamik sindrom və yaddaşın pozulması ilə müşayət edilir.
Ürəyin sarkoidozu 5%-dən az xəstələrdə rast gəlinir.Bu zaman ürəkdə aritmiyalar baş verir.Ürəyin sarkoidozu adətən ölümlə nəticələnir.
Qırtlağın sarkoidozu səsin tutulması,öskürək,disfaqiya ilə müşayət edilir.
Böyrəklərdə sarkoidoz baş verən zaman hiperkalsiemiya və kiperkalsiuriya müşayət edilir.Nadir hallarda intersistal nefrit əmələ gəlir.