Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 19:14
İranın cənub-qərbində yerləşən Abadan şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, eyni zamanda 40-a yaxın insan yaralanıb.
Hadisəyə görə şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.
Xatırladaq ki, biznes binası mayın 23-də çöküb. Prezident İbrahim Rəisi fəlakətin səbəblərinin təcili araşdırılmasını və günahkarların cəzalandırılmasını əmr edib.