Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qərb Ukraynanın qalib gəlməsini istəyirsə... - Podolyak

Qərb Ukraynanın qalib gəlməsini istəyirsə... - Podolyak

Tarix: 29 May 2022 14:46

Qərb ölkələri Ukraynanın qalib gəlməsini istəyirlərsə, ölkəmizi effektiv uzaqmənzilli silahlarla təmin etməlidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Əgər Qərb həqiqətən də Ukraynanın qalib gəlməsini istəyirsə, bəlkə uzaqmənzilli MLRS-ləri bizə təhvil verməyin vaxtı çatıb? 70 km məsafədən sizə hücum edəndə döyüşmək bir az çətindir, cavab verəcək heç nəyin yoxdur. Ukrayna rusları dəmir pərdə arxasına qaytara bilər, lakin bunun üçün bizə təsirli silahlar lazımdır. Burda və indi..." - Podolyak vurğulayıb.

Qeyd edək ki, ötən gün Pentaqon açıqlamasında ABŞ-ın Ukraynaya MLRS tədarükü ilə bağlı hələ yekun qərar vermədiyini bildirmişdi.

Milli.Az


Etiketlər:  Qərb Ukraynanın qalib gəlməsini istəyirsə Podolyak


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ