Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2022 14:24
Tatarıstanda hərbi komissarlığın hərbi çağırış vərəqəsi göndərdiyi əlil arabasında gəzən 28 yaşlı serebral iflicli anadangəlmə kor gəncin başına gələn insident araşdırılır.
Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə KP.RU yazıb.
Nəşr bildirir ki, Naberejnıye Çelnı sakini Sergey Sitdikovun şəxsi işi hərbi komissarlıqda itib və qovluğu tapanda orada həkimlərin rəyi də daxil olmaqla bir dənə də olsun sənəd olmayıb.
Belə bir şey necə baş verə bilər? Heç kim cavab verə bilmir. Digər tərəfdən yeriyə bilməyən əlil hərbi komissarlıqdan israrla çağırılır və nəticədə qaçan kimi qeydə alınıb.
Hazırda Korlar Cəmiyyəti hərbi komissarlığın əməkdaşları ilə birgə vəziyyəti araşdırır.