Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 08:54
Mariupoldakı rus hərbçiləri Rusiya pasportu almaq istəyənlər üçün sənədlərin qəbulu proseduruna başlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Mariupol merinin müşaviri Petr Andryuşenko deyib.
O qeyd edib ki, şəhərin Rusiya tərəfindən ilhaqı aktiv mərhələyə keçib:
"Ruslar Rusiya pasportu almaq üçün sənədlərin qəbulu proseduruna başlayıblar. Bunun üçün Mariupol sakinləri əvvəlcə Donetskdə qeydiyyat şəhadətnaməsi almalı, sonra isə Novoazovskda pasport almaq üçün "dxr" adlanan qurumun qondarma "miqrasiya xidməti"nə müraciət etməlidirlər. Mariupolun Rusiya tərəfindən ilhaqı növbəti icra mərhələsinə qədəm qoyub".