Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 15:24
Türkiyənin Mersin bölgəsinin Arslanlı kəndində çoban keçisini axtararkən tarixi mənzərə ilə qarşılaşıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, çoban dağın ətəyindəki mağarada boya ilə çəkilmiş şəkillərin olduğunu müşahidə edib. O, yerli dairələrə məlumat verəndən sonra tarixçilər araşdırmalara başlayıb. Məlum olub ki, qayaların üzərində müxtəlif heyvanların və əcaib varlıqların fotoları çəkilib. Şəkillərin bizim eradan əvvəl çəkildiyi bildirilir. Tarixi ərazi nəzarətə götürülüb. Məsələdən xəbər tutan sakinlər tarixi şəkilləri izləmək üçün əraziyə axın edir.