Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lvov vilayətinə raket atıldı

Lvov vilayətinə raket atıldı

Tarix: 2 Iyun 2022 08:30

Ukraynanın Lvov vilayətinin Stryiski rayonunda partlayış səsləri eşidilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Lvov regional hərbi administrasiyasının rəhbəri Maksim Kozitski rəsmi teleqram kanalında məlumat verib.

"Rusiyanın nəqliyyat infrastrukturu obyektinə raket zərbəsi endirdiyi məlum olub. Zərbə nəticəsində bir neçə nəfər xəsarət alıb. Hazırda 5 nəfərin xəsarət aldığı məlumdur. Həkimlər onların vəziyyətini yüngül və ya orta ağır kimi qiymətləndirirlər. Həyati təhlükələri yoxdur",- Maksim Kozitski bildirib.

O, Lvov vilayətinin sakinlərini sığınacaqlarda qalmağa çağırıb.

Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Rus ordusu raket hücumunun köməyi ilə müttəfiqlərdən Ukraynaya yanacaq və silah tədarükünü pozmağa cəhd ediblər.

Milli.Az


Etiketlər:  Lvov vilayətinə raket atıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ