Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azdrama”nı reklam edirəm” dedi, təhqir olundu

“Azdrama”nı reklam edirəm” dedi, təhqir olundu

Tarix: 3 Iyun 2022 15:10

Bir neçə gündür şəhərdəki performansı ilə gündəm olan aktyor Elmin Bədəlovun növbəti açıqlaması da müzakirə yaradıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, o, "Azadlıq radio"suna müsahibəsi zamanı Azərbaycan Dövlət Akademik Milli Dram teatrını reklam etdiyini söyləyib:

"Birinci "Azdrama"dan başladım. Çünki insanlar bu teatrı unudublar. Sanki boş bina kimi qalıb. Ona görə "Azdrama"nı reklam etmək istədim ki, görsünlər, teatr özü olmasa da, binası var. Düşünürəm ki, hər yer mənim səhnəmdir və hər yeri səhnəyə çevirə bilərəm. Necə ki, edirəm". 

Bədəlovun bu açıqlaması sözügedən teatrın aktyoru Cavidan Novruzu qəzəbləndirib. O həmin videoya şərh yazıb.

"Necə yəni "Azdrama" yaddan çıxıb? Nəyi necə reklam edirsən ? O boyda teatrın sənin bu reklamına ehtiyacı var ? Ayın 31-i günü zalımız dolu olur, repertuarda tamaşalarımız necə lazımdır... Sən nəyi kimə reklam edirsən ki ? Şokdayam. Yaxşı ki, teatrdan çıxan vaxtımda gəlməmisən.

Deyir, teatr özü olmasa da, binası var. Sənin elə axmaqlığın bunda görünür ki, teatr nədir bilmirsən. Belə küçənin ortasında sarsaqlıq etməkdənsə, teatrın tamaşalarına bir bax, məlumatın olsun", - deyə Cavidan bildirib. 

Sənətçi öz mətnində qeyri-etik ifadələrdən istifadə edib.

Milli.Az


Etiketlər:  Azdramanı reklam edirəm dedi təhqir olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ