Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Reuters”in jurnalistləri Ukraynada yaralanıb

“Reuters”in jurnalistləri Ukraynada yaralanıb

Tarix: 3 Iyun 2022 22:44

"Reuters" agentliyinin 2 jurnalisti Ukraynanın şərqində yaralanıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə Severodonetsk şəhərində baş verib.

Jurnalistlər reportaj hazırlamağa yollanarkən atəş altına düşüblər. Media əməkdaşları yaralanıb, onları aparan sürücü isə hadisə yerində ölüb. Hadisənin detalları açıqlanmır.

Sərhədsiz Reportyorların hesablamasına görə, müharibə başlayandan Ukraynada 8 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub.


Etiketlər:  Reutersin jurnalistləri Ukraynada yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ