Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 07:00
Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mher Qriqoryanın sədrliyi ilə üçtərəfli işçi qrupunun iclası keçirilib.
Bu barədə Rusiya hökumətin mətbuat xidməti məlumat yayıb.
"Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, habelə Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini yaxınlaşdırıblar. ", - deyə məlumatda bildirilir.
Bildirilir ki, görüş zamanı Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən avtomobil yolunun Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutlar barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında regionda nəqliyyat əlaqələrinin bərpası ilə bağlı razılaşmaların həyata keçirilməsi üzrə işi davam etdirmək barədə razılığa gəliblər.