Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 07:33
Qara qarağat insan orqanizmi üçün əvəzolunmaz müalicəvi komponentlər xəzinəsidir.
Tərkibi:
Bu bitki orqanizm üçün vacib olan bir sıra vitaminlərin mənbəyidir.
Qara qarağatın tərkibində aşağıdakı vitaminlər var:
B5, B6, B1, B2, A, K, PP, E, H, C vitaminləri;
-karotinoidlər;
-efir yağı;
-pektin maddəsi;
-təbii turşular, duz;
-Şəkər
Qara qarağat aşağıdakı mikroelementlərdən ibarətdir;
-Yod;
-Ftor;
-Dəmir;
-Mis;
-Sink və digərləri.
-меди;
Qara qarağatın tərkibində həmdə bir çox makroelementlər var: maqnium və kalium, fosfor və kalsium, natrium, silikon və digər elementlər. Bu bitkinin hətta yarpaqları da C vitamini ilə zəngindir.
Qara qarağatın faydaları:
-Dezinfeksiya edici və iltihab əleyhinə təsir göstərir;
-Qara ciyərə müsbət təsir edir;
-Angina zamanı bu giləmeyvənin şirəsi ilə qarqara etmək olar;
-Qara qarağatın tərkibindəki dəmir hemoqlabini yüksəldir;
-Keçirilən əməliyyatlardan sonra qara qarağat şirəsi faydalıdır;
-Ftor və kalsium dişlərin vəziyyətinə müsbət təsir edir;
-Güclü öskürək zamanı qara qarağat şirəsinə bal əlavə edib içmək faydalıdır;
-Limfa nodu xəstəliyindən əziyyət çəkən insanlara qara qarağat məsləhət görülür.
Qara qarağatdan normal miqdarda qəbul etmək təhlükəsizdir. Normadan artıq miqdarda qəbul etmək isə əks təsirə səbəb olur. Bu zaman orqanizmdə aşağıdakı problemlər yaranır:
-Bağırsaq qazı;
-Yumşaq nəcis;
-Diareya.
Qara qarağat qanın laxtalanma prosesinə təsir edir. Qan laxtalanmasında problem olan şəxslərə qara qarağat yemək məsləhət görülmür. Həddən artıq qara qarağat qəbul etmək qan təzyiqini aşağı sala bilər. Qara qarağat aşağı qan təzyiqi, yəni hipotoniklərə qadağandır.
Qara qarağatın bir çox faydası var. Amma onu az miqdarda qəbul etmək olar. Bu zaman orqanizmə ziyan vurmur, əksinə, zaman keçdikcə sağlamlığı möhkəmləndirir.