Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 08:28
Rusiyanın tanınmış həkimi və teleaparıcısı Yelena Malışeva Bakıda səfərdədir.
Sonxeber.net media.az-a istinadən xəbər verir ki, o, tibb televiziyasının (Səhiyyə TV) verilişində iştirak edib.
"Bu, mənim Bakıya ilk səfərimdir. Bütün bakılı dostlarım deyirdilər ki, əgər bu dəfə də Azərbaycanın paytaxtına gəlməsən, o zaman həyatın boşuna ötüb keçmiş olacaq. Təbii ki, hələ gəzməyə vaxtım olmayıb, amma otel otağından Xəzərin mənzərəsindən həzz alıram", - deyə Malışeva bildirib.
Tanınmış teleaparıcı artıq Azərbaycan dilində söz öyrəndiyini etiraf edib. "İndiyə qədər mən ancaq "İnşallah" ifadəsini bilirəm", - deyə o etiraf edib.
"Akademik Zərifə Əliyeva adına möhtəşəm Milli Oftalmologiya Mərkəzində oldum. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında da oldum. Mənim qəlbimdə yaraşıqlı, ağ saçlı və müdrik kişilər qalacaq. Nəzərə alın ki, mən rus qadınıyam, rus qadınları isə azərbaycanlıları sevirlər", - deyə o qeyd edib.
Malışeva payızda artıq çəkiliş qrupu ilə birlikdə Bakıya qayıdacağına söz verib.
"Rus dilində veriliş çəkib onu Azərbaycan təbabətinə həsr edəcəyəm", - deyə o vurğulayıb.
Sonda ona Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru diplomu təqdim edilib.