Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mayonezi çox yeyənlərdə bu xəstəliklər yaranır - Diqqət!

Mayonezi çox yeyənlərdə bu xəstəliklər yaranır - Diqqət!

Tarix: 4 Iyun 2022 19:36

"Fastfood"larda, hətta ev yeməklərində də mayonezdən istifadə edən insanların orqanizmi ciddi təhlük altındadır.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, mayonez nəinki artıq çəkiyə, həmçinin pankreatit, xolesistit kimi xəstəliklərə səbəb ola bilər.
Bu barədə qastroenteroloq Nuriya Dianova bildirib:

"Bol mayonezli yeməklər qida borusunun və mədənin klapanlarının boşalmasına, çox açılmasına səbəb olur. Bu zaman reflüks, qıcqırma artır. Mayonezin təsir etdiyi əsas üçlük: mədə, mədəaltı vəz və öddür.

Mayonez çox kalorilidir. 100 qramda 60% yağ var.

Gənclərin mayonezə öyrəşməsi onların mədəaltı vəzisini çox tez sıradan çıxaracaq.

5 yaşa qədər uşaqlara isə mayonez vermək olmaz".

Milli.Az


Etiketlər:  Mayonezi çox yeyənlərdə xəstəliklər yaranır Diqqət


RƏYLƏR