Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalı qadın pulsuz götürdüyü köhnə divandan 36 min dollar tapdı - VİDEO

Amerikalı qadın pulsuz götürdüyü köhnə divandan 36 min dollar tapdı - VİDEO

Tarix: 5 Iyun 2022 16:26

Kaliforniyanın Kolton şəhərində Viki Umodu adlı qadın reklamdan yararlanaraq pulsuz götürdüyü köhnə divandan 36 min dollar tapıb. Amerikalı qadın pulu sahiblərinə qaytarıb.

Mili.Az Xəzər TV-yə istinadən bildirir ki, bu barədə "ABC7News"un məlumat verib.

Qadın yastıqların içərisində yüz dollarlıq əskinaslar olan zərflərin gizlədildiyini görüb və dərhal elanın müəllifləri ilə əlaqə saxlayıb. Onlar yenicə dünyasını dəyişən kişinin qohumları olublar.

Qadın bütün məbləği sahiblərinə qaytarıb və bu əməlinə görə ona təşəkkür olaraq 2200 dollar verilib. Viki bu pula yeni soyuducu alacağını deyib.

Milli.Az


Etiketlər:  Amerikalı qadın pulsuz götürdüyü köhnə divandan dollar tapdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ